azturkxeber.az
http://azturkxeber.az

Davika Bissessar: BMT-yə gələ bilməkdən və xalqımızın adından danışmaqdan qürur duyuruq

16-04-2025

Bakı Təşəbbüs Qrupunun BMT-də keçirdiyi beynəlxalq konfrans səsimizi ucaltmaq üçün çox yaxşı fürsətdir.

Bu sözləri açıqlamasında Bonayre İnsan Hüquqları Təşkilatının prezidenti Davika Bissessar deyib. O bildirib ki, Karib dənizindəki kiçik adalar olan Martinika, Qvadelupa, Sint-Martin və Bonayrenin səsini əvvəllər heç kəs eşitmirdi: “Məsələn, Bonayrenin BMT-də, hətta Niderlandda heç bir nümayəndəliyi yoxdur. Beləliklə, biz BMT-yə gələ bilməkdən və xalqımızın adından danışmaqdan çox qürur duyuruq. Bonayredə 2010-cu ilə qədər özünüidarə mövcud idi. Həmin ildən biz kənarda qəbul edilən qanunlara görə özünüidarəni həyata keçirə bilmirik. Bu o deməkdir ki, biz yenidən müstəmləkə olunduq. İnsanların çoxu Bonayrenin harada olduğunu bilmir. Adamız Venesueladan 50 mil aralıda yerləşir. Çox az adam bizim vəziyyətimizdən xəbərdardır. Beləliklə, Bakı Təşəbbüs Qrupu Fransız Polineziyası, Sakit okean və Karib hövzəsində olan müstəmləkə ərazilərinin səsini eşitdirmək üçün çox yaxşı işlər görür”,- deyə o, bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930