azturkxeber.az
http://azturkxeber.az

Bu il Azərbaycana özəl daşıyıcılar tərəfindən 100-dən çox avtobusun gətirilməsi gözlənilir

16-04-2025

Bu il Azərbaycana özəl daşıyıcılar tərəfindən 100-dən çox avtobusun gətirilməsi gözlənilir

Ötən il Bakı şəhəri üzrə 476 min sərnişin daşınıb ki, bu da 2023-cü illə müqayisədə 6 faiz artım deməkdir.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.

Onun sözlərinə görə, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib.

“Gün ərzində fəaliyyət göstərən avtobusların orta sayı 2024-cü ildə 2160-a qədər artırılıb. Bakı şəhərində avtobus sayının 2800-ə çatdırılması nəzərdə tutulur. Həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilib. Bu il özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir. Bakı şəhərində nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı isə 2023-cü illə müqayisədə 43 faiz artaraq təxminən 2000 ədədə çatdırılıb. Metronun “Koroğlu”, “Gənclik” və “28 May” stansiyası yaxınlığında Nəqliyyat Mübadilə Məntəqələri istifadəyə verilib. Bakı şəhərində təxminən 1766 parklanma məntəqəsi üzrə 22 min 995 parklanma yeri təşkil olunub”, - deyə o bildirib.

Tərlan Səfərovun sözlərinə görə, Bakı-Sumqayıt istiqamətində 4 marşrut açılıb: “Gün ərzində Bakıdan Sumqayıt və Saray istiqamətində təxminən 25 min sərnişin daşınır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930