Pakistanda partlayış nəticəsində 3 polis işçisi ölüb, 19-u yaralanıb
Bu gün Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində bombanın partlaması nəticəsində 3 polis işçisi ölüb, 19 nəfər yaralanıb.
Bu barədə yerli polis orqanları məlumat yayıb.
Bildirilir ki, hadisə Mastunq rayonunda baş verib. Naməlum şəxslər uzaqdan idarə olunan bombanı motosikletə quraşdıraraq, polis maşını keçərkən partladıblar. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.