Əli Əsədov Gürcüstan Prezidenti ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 15-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.
Azturkxeber.az xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: