azturkxeber.az
http://azturkxeber.az

AMB: Qlobal iqtisadi artım 0,3 faiz azala bilər

15-04-2025

AMB: Qlobal iqtisadi artım 0,3 faiz azala bilər

Bəzi böyük dövlətlər tərəfindən həyata keçirilən proteksionist ticarət siyasətləri qlobal iqtisadiyyat üçün risk və çağırışlar yaradır. Qlobal ticarətlə bağlı qeyri-müəyyənliklər, o cümlədən yeni tarif dalğaları formasında təzahür edən ticarət maneələri qlobal iqtisadi artıma mənfi təsir göstərir.

Bu barədə Mərkəzi Bankın açıqladığı “Maliyyə sabitliyi hesabatı”nda məlumat verilib.

“Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, böyük iqtisadi güclər arasında bu cür proteksionist siyasətlərin intensivləşməsi qlobal ticarət həcmini azaldacaq və investisiyalara zərər verəcək. Dünya Bankının hesablamalarına əsasən, ABŞ-ın irəli sürdüyü yeni ticarət tarifləri nəticəsində, o cümlədən tərəfdaş ölkələrin müvafiq cavab tədbirləri olarsa, qlobal iqtisadi artım 0,3 faiz azala bilər”, - deyə hesabatda bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930