azturkxeber.az
http://azturkxeber.az

Xidmətin hərbi qulluqçularına medallar təqdim edildi

14-04-2025

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2025-ci il tarixli Sərəncamına əsasən Xidmətin təltif edilmiş hərbi qulluqçularına medalların təqdim olunması mərasimi keçirilib.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə əsasən polkovnik Babayev Azər Ələddin oğlu və polkovnik Qasımov Elnur Əhməd oğlu “Vətən uğrunda”, həmçinin mayor Qayqiyev Şamil Mahama oğlu isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov ölkə başçısına Xidmətin şəxsi heyətinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. Sonra təltif edilən hərbi qulluqçulara medallarını təntənəli şəkildə təqdim edərək onları bir daha təbrik edib və xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, adları qeyd olunan hərbi qulluqçular xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə medala layiq görülüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930