azturkxeber.az
http://azturkxeber.az

Rusiya bu inanılmaz zərbə ilə ABŞ-a mesaj verdi

14-04-2025


Suma 13 apreldə endirilən ballistik zərbə Rusiyanın Ukraynaya, Amerika Birləşmiş Ştatlarına və bütün dünyaya siqnalıdır.

Azturkxeber.az Axar.az -a istinadən xəbər verir ki, bu sözləri “Atlantic Council” analitik mərkəzinin əməkdaşı Elizabet Brau “Skay Nyus”a açıqlamasında deyib.

Brau Kreml rəhbərinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşündən sonra Rusiyanın Sumu atəşə tutmasına toxunub:

“Donald Trampın nümayəndəsi sülh istəyə bilər, lakin görünür, o, sülh danışıqları üçün təcrübəli deyil. Rusiya xoşməramlılıq nümayiş etdirmək istəyən bir ölkə olsaydı, Ukraynaya zərbə endirməzdi. Bu, inanılmaz bir təxribat aktıdır – halbuki Rusiyanın bu təxribat üçün heç bir hərbi səbəbi yoxdur. Bu, Ukraynaya, amerikalılara və dünyaya bir siqnal idi”.

Qeyd edək ki, Rusiyanın ötən gün Sum şəhərinin mərkəzinə endirdiyi raket zərbələri nəticəsində ən azı 34 nəfər ölüb, 117 nəfər yaralanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930