azturkxeber.az
http://azturkxeber.az

Peter Siyarto: Macarıstan Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək

14-04-2025

Peter Siyarto: Macarıstan Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək

Macarıstan enerji təchizatı sahəsində Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək.

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bu barədə Lüksemburqda Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdən sonra deyib.

Nazir görüşdə Rusiyaya qarşı böyük 17-ci sanksiyalar paketi layihəsinin müzakirə olunduğunu və tədbirə videobağlantı vasitəsilə qoşulan Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “Rusiyanın enerji resurslarına və nüvə sənayesinə qarşı sanksiyaların tətbiqini tələb etdiyini” vurğulayıb.

“Avropa İttifaqından bir neçə həmkarımız bu tələblərə qoşulub. Biz bunu heç bir şəkildə dəstəkləməyəcəyik”, - deyə Peter Siyarto M1 telekanalına müsahibəsində deyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930