azturkxeber.az
http://azturkxeber.az

Ombudsman İnsan Alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının üzvləri ilə görüşüb

14-04-2025

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İnsan Alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova ilə görüşüb. Görüşdə Koalisiyanın üzvləri Şəmsəddin Əliyev və Gülayə Səfərova da iştirak ediblər.

Müvəkkil görüş zamanı insan alverinə qarşı mübarizə sahəsində qabaqlayıcı tədbirlərin, eləcə də ictimai məlumatlılığın artırılması və qurbanların hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində olduğunu bildirib və bir sıra işlərdə vətəndaş cəmiyyətinin institutlarının da bu prosesdə fəal iştirakının əhəmiyyətini vurğulayıb.
Ombudsman yerli qeyri-hökumət təşkilatları ilə təsisatın sıx əməkdaşlığının olduğunu bildirib, müvafiq sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa dəstəyini ifadə edib.

Görüş zamanı məişət zorakılığı, insan alveri qurbanlarına xidmətlərin göstərilməsi istiqamətində çətinliklər, habelə qanunsuz əmək fəaliyyətinə cəlb olunan uşaqlar, erkən nikah və digər məsələlər, eləcə də bu sahələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti müzakirə edilib.
Gələcəkdə birgə tədbirlərin təşkili, eləcə də müvafiq dövlət qurumları və ictimai təşkilatlar arasında koordinasiyanın artırılması ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflərin icrası müzakirə olunub.

Görüş qarşılıqlı diskussiya şəraitində davam etdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930