azturkxeber.az
http://azturkxeber.az

Ermənistan MN etiraf etdi: Sərhəddə atəş açılır

14-04-2025


Azərbaycanla sərhəddə vəziyyət nisbətən sabitdir.

Azturkxeber.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

“Bəzən hədəfsiz, istiqamətsiz atışma baş verir, azdır, amma atışma var”, - Sərkisyan bildirib.

Onun sözlərinə görə, hazırda heç bir hərəkətlilik yoxdur:

“Əgər belə bir problem yaranarsa, o zaman Müdafiə Nazirliyi təhlükəsizliyi təşkil edəcək. Əgər rəsmi məlumat etibarlı deyilsə, videoya inanmaq fikrindəsinizsə, o zaman bunu məndən soruşmamalısınız”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun şərti sərhəddə atəşkəsi pozduğu barədə az qala hər gün açıqlama yaysa da, qarşı tərəf israrla bunu təkzib edir və ya “havaya atəş açılıb” deyə, “izah etməyə” çalışır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930