azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Ankaradakı Amerikan məktəbində beynəlxalq festivalda təmsil olunub

14-04-2025


Ankaradakı müxtəlif xalqların nümayəndələrinin təhsil aldığı Amerikan məktəbində (Ankara Elementary and High school) beynəlxalq mədəniyyət festivalı keçirilib.

Festivalda ölkəmizi Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Festivalda Türkiyə, ABŞ, Ukrayna, Qazaxıstan, Özbəkistan, Rumıniya, Gürcüstan, Moldova, Qırğızıstan, Koreya Respublikası, Tacikistan, Kanada, Hindistan və s. ölkələr öz milli mədəniyyətlərini və mətbəxlərinə dair stendlər təqdim ediblər. Festival çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan stendini qurub. Stenddə Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair nəşrlər, milli mədəniyyətimizə dair suvenirlər, xalça və kilimlər nümayiş etdirilib, milli mətbəximizin nümunələri təqdim olunub.

Festival iştirakçıları Azərbaycan mətbəxinin təamları - şah plov, dolma, ləvəngi, habelə milli şirniyyatlarımız olan şəkərbura, paxlavaya qonaq ediliblər.

Digər ölkələrin stendlərində də milli mədəniyyətə dair suvenirlər, habelə yemək və şirniyyatlar təqdim olunub.

Tədbirdə Ankarada Amerikan məktəbində təhsil alan və festivalda təmsil olunan müxtəlif ölkələrin şagirdlərinin bayraqlarla keçidi olub, milli geyimlərdə azərbaycanlı şagirdlər də iştirakçılar qarşısında bayrağımızla keçid ediblər.

Sonda festivalın iştirakçı dövlətlərinin hazırladığı konsert proqramları təqdim edilib. Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Xalq Rəqsləri Ansamblının təqdim etdiyi milli rəqslərimizi alqışlarla qarşılanıb.

Həmçinin digər ölkələrin də rəqs kollektivləri festivalda çıxış ediblər.

Qeyd edək ki, festivalın əsas məqsədi şagirdləri müxtəlif xalqların mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış etməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930