![]()
Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması, dünyada söz sahibinə çevrilməsi, bir sıra böyük beynəlxalq iqtisadi layihələrdə vacib bir ölkə kimi çıxış etməsi Azərbaycana düşmən güvvələri, dövlətləri, xüsusilə erməni lobbisini çox narahat edir.
Korrupsiya və rüşvətxorluğa qurşanmış AŞPA beynəlxalq təşkilat statusundan çıxaraq müəyyən dövlətlərin, qüvvələrin əlində alətə çevirilib. Bu qurum mütəmadi olaraq Azərbaycana qarşı qərəzli, böhtan xarakterli qərar və qətnamələr qəbul edir. Heç kimə sirr deyil ki, bu qərəzli sənədlərin qəbul edilməsinin arxasında Azərbaycana qarşı düşmən qüvvələr dayanır. AŞPA-nın başı pozuq bir quruma çevrilməsinə səbəb ona yarıtmaz, başqalarının əlində oyuncaq olan insanın rəhbərlik etməsidir. AŞPA Prezidenti Teodoros Rusopulosun Alpha News qəzetinə müsahibəsi zamanı ölkəmizə qarşı səsləndirdiyi fikirlər bu şəxsin nadanlığından, beynəlxalq siyasətdən anlayışı olmamasından xəbər verir. Azərbaycan Prezidentinə qarşı işlətdiyi ifadələr heç bir çərçivəyə sığmır, mədəniyyətsizliyin, siyasi əxlaqsızlığın nümunəsidir. Hazırda AŞPA-nın fəaliyyətı acınacaqlı vəziyyətdədir. Bu, ona rəhbərlik edən şəxsin diktator təfəkkürlü olmasından, eləcə də siyasi əqidəsizliyindən irəli gəlir. Avropa Şurası nizanaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərini aşması nəticəsində Azərbaycan əleyhinə addımlar atılır. Bütün bunlara rəğmən, Azərbaycan tərəfinin dialoqa açıqlıq nümayiş etməsinə baxmayaraq Rusopulos, Şvaybe və bir sıra şəxslər ölkəmizə qarşı düşmən mövqe nümayiş etdirir, dövlətimizin beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışırlar.
AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və siyasi cəhətdən heç bir əsası olmayan qərarın qəbul edilməsinin lehinə səs vermiş 76 AŞPA üzvünün, o cumlədən Teodoros Rusopulosun adları haqlı olaraq qara siyahıya salınıb və onların Azərbaycana gəlmək istəyi rədd olunacaq. Kimliyindən, hansı təşkilatın nümayəndəsi olmasından asılı olmayaraq Azərbaycana qarşı haqsız, ədalətsiz, eləcə də düşmən mövqe nümayiş etdirən hər kəs dövlətimiz tərəfindən layiqli cavab alacaq.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.