azturkxeber.az
http://azturkxeber.az

“İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olunub

13-04-2025

Azərbaycan mədəniyyətinin, incəsənətinin xaricdə təbliği ilə məşğul olan “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr edilib.

Nəşrdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyası haqqında geniş məqalə yer alıb. Çinli oxucular jurnaldakı yazılar vasitəsilə Azərbaycanın tolerantlıq ənənələrin, tarixi-mədəni irsi, o cümlədən Novruz bayramı adətləri, memarlıq nümunələri, ölkəmizin turizm potensialı haqqında məlumat əldə edə biləcək.

Qeyd edək ki, “İRS” jurnalının Çin dili versiyası (“Yichan”) çinli oxucuların Azərbaycan haqqında reallıqları ilk mənbədən Çin dilində oxuması baxımından böyük əhəmiyyət daşıyır. Jurnal çinlilərin Azərbaycanı daha da yaxından tanımaları üçün mükəmməl məlumat toplusudur.

Jurnalın nüsxələri Çinin elmi-tədqiqat institutlarına, kitabxanalara, strateji araşdırma mərkəzlərinə, nüfuzlu ali təhsil ocaqlarına göndərilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930