Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi şəhər stadionunun yenidənqurma işləri ilə maraqlanıb
Gənclər və idman naziri Fərid Qayıbov Xankəndi şəhərinə səfəri çərçivəsində aprelin 13-də Xankəndi şəhər stadionunun yenidənqurma işləri ilə maraqlanıb.
Azturkxeber.az xəbər verir ki, bu barədə İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, stadionun meydança və tribunalarının tikinti işləri barədə məlumat alan Fərid Qayıbov təmir‑bərpa işlərinin vaxtında və keyfiyyətlə tamamlanması barədə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışları Xankəndi şəhər stadionunda keçiriləcək.