azturkxeber.az
http://azturkxeber.az

Buraxılış imtahanı Ağdam rayonunda 5 binada təşkil olunub

13-04-2025

Buraxılış imtahanı Ağdam rayonunda 5 binada təşkil olunub

Aprelin 13-də Dövlət İmtahan Mərkəzi tərəfindən Ağdam rayonunda keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5 binada təşkil olunub.

Dövlət İmtahan Mərkəzinin (DİM) Bərdə regional bölməsindən bildirilib ki, imtahanın idarə olunmasına 5 ümumi rəhbər, 16 imtahan rəhbəri, 110 nəzarətçi-müəllim, 16 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub. İmtahanlarda 1193 şagirdin iştirakı nəzərdə tutulub İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930