azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın 5 cüdoçusu ilk yarış günündə fəxri kürsüyə yüksəlib

13-04-2025

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmələr arasında Avropa Kuboku start götürüb. Azərbaycanın 5 cüdoçusu ilk yarış günündə fəxri kürsüyə yüksəlib.
Qızlar arasında -48 kq çəki dərəcəsində tatamiyə çıxan Nərmin Ağamirzadə gümüş medalla kifayətlənib. Bu çəkidə Leyla Ələkbərova isə üçüncü olub. Xədicə Abdullayeva (-44 kq) da turniri bürünc medalla tamamlayıb.
Oğlanların mübarizəsində isə Rza Xəlilli (-50 kq) və Zeyd Ələsgərov (-60 kq) bürünc medala sahib olublar.
Qeyd edək ki, Avropa Kubokunda 15 ölkədən 340 cüdoçu qüvvəsini sınayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930