Almaniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub
Almaniyanın Aşağı Saksoniya əyalətinin Saltsqitter şəhərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayan təyyarə şirkətin ərazisində anbarın üzərinə düşüb. Nəticədə güclü yanğın baş verib. Ölən şəxslərin təyyarəni idarə edən pilotlar olduqları bildirilir.
Hazırda qəzanın səbəbləri araşdırılır.