azturkxeber.az
http://azturkxeber.az

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

12-04-2025

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

Türkiyənin Antalya şəhərində işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

S.Lavrov səfər çərçivəsində H.Fidan ilə ikitərəfli danışıqlar aparıb, həmçinin IV Antalya Diplomatiya Forumunda iştirak edib.

Görüş zamanı S.Lavrov və H.Fidan beynəlxalq və regional gündəliyin əsas məsələləri, o cümlədən Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz və Qara dəniz regionunda vəziyyətlə bağlı ətraflı müzakirələr aparıblar. Həmçinin siyasi dialoq, iqtisadi-ticari və enerji sahələrində əməkdaşlıq üzrə mövqelər nəzərdən keçirilib.

Tərəflər qarşıdakı Rusiya-Türkiyə təmaslarının qrafikini də müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930