azturkxeber.az
http://azturkxeber.az

Polis Abşeronda əməliyyatlar keçirib

12-04-2025

Abşeron Rayon Polis İdarəsinin və ərazi üzrə Saray, Mehdiabad və Qobu Polis Bölmələrinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı əməliyyat və profilaktik tədbirlər keçirilib.
Azturkxeber.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 7 fakt aşkarlanıb. Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 36 nəfər saxlanılıb, “isti izlərlə” 37 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 136, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 43 fakt aşkarlanıb. Həmçinin, Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar könüllü polisə təhvil verilib
Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 2, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18, dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb.
Abşeron rayonunda qeyd edilən istiqamətdə tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930