azturkxeber.az
http://azturkxeber.az

Arzu Nağıyev seçicilərlə görüşüb

12-04-2025

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev seçicilərlə görüşüb.
Azturkxeber.az xəbər verir ki, 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 12 aprel tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirildi. Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, təltif, fəxri adların verilməsi və digər məsələlərlə bağlı oldu.
Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
Həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin üzvləri ilə görüş keçirildi, onların qayğı və problemləri ilə maraqlanıldı, veteranlar tərəfindən ünvanlanan suallara aydınlıq gətirilərək, fikir mübadiləsi aparıldı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930