azturkxeber.az
http://azturkxeber.az

Mədəniyyət komitəsinin iclasında

07-04-2025

Aprelin 7-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Polad Bülbüloğlu gündəlikdə bir məsələnin - “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəsinin olduğunu bildirib.

Layihə barədə məlumatda diqqətə çatdırıb ki, mövcud qanunvericiliyə əsasən, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları tabeliklərindəki və ərazilərindəki abidələrin pasportlaşdırılmasını həyata keçirirlər. Həmçinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə əsasən də qoruq idarəsi ərazisindəki abidələri pasportlaşdırmalıdır.
Komitə sədri bildirib ki, bu pasportlaşdırılmanın ümumi qaydalarının və bir pasport formasının təsdiq edilməsi üçün “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 6-cı maddəsinə müvafiq dəyişiklik təklif olunub. Dəyişikliyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qanun layihəsinin müzakirəsində komitə sədri Günay Əfəndiyeva, komitə üzvləri Şahin Seyidzadə, Elnarə Akimova, Tənzilə Rüstəmxanlı və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Çıxış edənlər dəyişikliyin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, dəyişiklik dövlət tərəfindən qorunan abidələrin vahid formada pasportlaşdırılması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930