azturkxeber.az
http://azturkxeber.az

Avrasiyanın təhlükəsizlik sisteminin formalaşmasında ciddi aktor olan Bakı - Mövqe

06-04-2025

 

 “Prezident İlham Əliyevin qlobal çağırışlara zamanında çevik reaksiya verərək yürütdüyü siyasət nəinki Azərbaycanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunmasına, həmçinin ölkəmizin dünyada ciddi oyunçu rolunda çıxış etməsi ilə nəticələnib. Cənab Prezident İlham Əliyev bu gün dünya ölkələrini ciddi təhdid altında qoyan mürəkkəb və çətin geosiyasi prosesləri fonunda yürütdüyü uğurlu  diplomatiya nəticəsində Azərbaycan üçün fürsətə çevirərək milli maraqlarının təmin olunmasına,  daha güclü, qüdrətli dövlətə çevrilməsinə nail olub. Məhz bunun nəticəsidir ki, Azərbaycanın rolu  getdikcə daha da artmaqdadır və yeni dünya düzənin formalaşmasında ciddi oyunçu qismində çıxış etməkdədir”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Komitə sədrinin sözlərinə görə, bu yürüdülən çevik və uğurlu siaysətin nəticəsidir ki, Azərbaycan dünyanın enerji, humanitar müstəvidə təhlükəsizlik arxitekturasının  təmin olunması istiqamətində dialoq mərkəzinə çevrilib. “Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası da bunun bariz nümunəsidir. Artıq Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizlik arxitekturasının təmin olunmasında ciddi  rol oynayan ölkələrdən biridir və getdikcə bu rolunu artırmaqdadır. Azərbaycan Avropanın enerji təhlükəszilik arxitekturasının təmin olunmasında daha etibarlı oyunçu rolunda çıxış etmək üçün enerji sahəsini şaxələndirməkdədir”, -o qeyd edib.

Bakıda keçirilən toplantının da bu hədəflərə xidmət etdyini vurğulayan deputat bildirib ki, bu gün Azərbaycan Avrasiya coğrafiyasında neft-qaz xəritəsinin müyyən edib, hazırda isə  hədəf alternativ enerji  və logistika xəritəsini müəyyən etməkdədir və bu istiqamətdə də uğurlu addımlar atılmadadır:  “Əminəm ki, yürüdülən uğurlu siyasət  nəticəsində Azərbaycan qazı növbəti mərhələdə daha çox Avropa ölkəsinə çatdırılacaq. Bunun ardınca “yaşıl enerj” sahəsində də ciddi addımlar atılaraq  transmilli layihələr icra olunacaq.  Nəticədə Azərbaycan həm öz potensialından, həm də Mərkəzi Asiyanın. Xəzər hövzəsinin imkanlarından faydalanmaqla Avropanın enerji təhlükəsizlik arxitekturasının təmin olunmasında əvəzedilməz  ölkəyə çevriləcək.   Bununla da Azərbaycan  Qərblə Şərq arasında yeni  regional əməkdaşlıq formatları yaratmaqla Avrasiyanın yeni təhlükəsizlik sisteminin  formalaşmasına öz töhfəsini vercək, həm də bu prosesdə ciddi aktor rolunu oynamış olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930