azturkxeber.az
http://azturkxeber.az

Ümumdünya Autizm Haqqında Maarifləndirmə Həftəsi ilə bağlı Dənizkənarı Bulvarda tədbir təşkil olunub

03-04-2025


Ümumdünya Autizm Haqqında Maarifləndirmə Həftəsi ilə bağlı Dənizkənarı Bulvarda autizmli uşaqlar cəmiyyətin diqqətini autizm spektr pozuntusuna yönəltmək məqsədilə göyə mavi şarlar buraxaraq sevinc dolu anlar yaşayıblar.

Tədbirdə uşaqlar öz əlləri ilə hazırladıqları əl işlərini hədiyyə edərək, yaradıcılıqlarını və istedadlarını nümayiş etdiriblər. Onların hazırladıqları rəsmlər, suvenirlər və digər əl işləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Bu aksiya autizmli uşaqlara dəstək olmaq, onların cəmiyyətə inteqrasiyasını gücləndirmək və onların bacarıqlarını vurğulamaq məqsədi daşıyıb. Tədbirin təşkilatçıları qeyd ediblər ki, bu cür təşəbbüslər autizmli fərdlərin cəmiyyət tərəfindən daha yaxşı anlaşılmasına və qəbul olunmasına kömək edir.

Müalicəvi idman üzrə mütəxəssis Kənan Həşimli autizmli uşaqların sosiallaşmasının olduqca vacib olduğuna diqqət çəkib: “Sosiallaşma autizmli uşaqlarla yanaşı cəmiyyəti də maarifləndirir. Hər kəs autizmin xəstəlik yox, fərqlilik olduğunu anlamalıdır. Eyni zamanda, sosiallaşma ilə bağlı gəzintilər autizmli uşaqların inkişafında mühüm rol oynayır”.

Qeyd edək ki, hər il aprel ayında Ümumdünya Autizm Haqqında Maarifləndirmə Həftəsi qeyd olunur və bu çərçivədə müxtəlif tədbirlər keçirilir. Mavi rəng isə dünyada autizmə dəstəyin simvolu hesab edilir.

Tədbirdə iştirak edən valideynlər və müəllimlər belə tədbirlərin əhəmiyyətini vurğulayaraq, cəmiyyətin autizmli uşaqlara daha çox sevgi və anlayışla yanaşmasının vacibliyini bildiriblər.

Bu kimi təşəbbüslərin davamlı olması və autizmli uşaqların cəmiyyətə daha çox inteqrasiyası üçün müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930