azturkxeber.az
http://azturkxeber.az

Maliyyə naziri Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının regional rəhbərləri ilə görüşüb

03-04-2025

 

Aprelin 3-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysı və Beynəlxalq Maliyyə Korporasiyasının Cənubi Qafqaz regionu üzrə rəhbəri xanım İvana Duarteni qəbul edib.


Görüşdə Dünya Bankı tərəfindən Azərbaycanda maliyyələşdirilən layihələrin hazırkı icra vəziyyəti, həmçinin Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq və ölkə üzrə iqtisadi inkişaf strategiyasının müxtəlif istiqamətləri müzakirə olunub.
R. Prays Dünya Bankının Azərbaycan üzrə növbəti 5 il üçün Ölkə Tərəfdaşlıq Strategiyasının təsdiq edildiyini diqqətə çatdıraraq, Strategiyaya uyğun olaraq Azərbaycanda bır sıra sahələri əhatə edəcək layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bununla yanaşı o, fiskal qaydaların, büdcə qanunvericiliyinin və büdcə təsnifatının təkmilləşdirilməsində, həmçinin mühasibat haqqında yeni qanun layihəsinin hazırlanmasında Dünya Bankının dəstək göstərə biləcəyini diqqətə çatdırıb.
Azərbaycanın Dünya Bankı Qrupu ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulayan nazir S.Babayev bildirib ki, ölkəmizin bu maliyyə institutu ilə yeni layihələrin, xüsusilə də nəqliyyat, enerji, su-kanalizasiya və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsində maraqlıdır. 

Görüşdə tərəflər arasında əməkdaşlığın yaxşı səviyyədə olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930