azturkxeber.az
http://azturkxeber.az

Dünya Bankı ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb

03-04-2025

Dünya Bankı ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb


İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə tərəfdaşlıqdan məmnunluq ifadə olunub, Dünya Bankı Qrupu ilə işbirliyi çərçivəsində infrastruktur, məşğulluq və digər sahələrdə həyata keçirilən layihələrin ölkəmizdə iqtisadi inkişafı dəstəklədiyi vurğulanıb.

Qurumun Azərbaycanın inkişaf səylərinə sadiq olduğu diqqətə çatdırılıb. 2025-2029-cu illər üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyi, Azərbaycanın daha yaşıl və inklüziv iqtisadiyyata keçidini dəstəkləyəcəyi qeyd olunub.

Tərəflər “Yaşıl və dayanıqlı şəhərlər” layihəsi çərçivəsində birgə fəaliyyət, infrastruktur və bərpaolunan enerji sahələrində təşəbbüslər və digər potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930