azturkxeber.az
http://azturkxeber.az

Cenevrədə beynəlxalq forumda Azərbaycanda aparılan sosial islahatlara dair məlumat verilib

03-04-2025

 

Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) regionu üzrə “Hər kəs üçün ədalətli rəqəmsal və yaşıl keçidlər” mövzusunda 2025-ci il üzrə Dayanıqlı İnkişaf Regional Forumu keçirilib.

Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və BMT-nin Avropa İqtisadi Komissiyasının birgə təşkil etdiyi forumda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev təmsil edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə çıxış edən V.Quliyev Azərbaycanda son illər aparılan sosial islahatlara dair məlumat verib. O, ölkədə əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq yanaşmalar əsasında təkmilləşdirilməsi istiqamətində atılan addımları qeyd edib. Həmçinin dövlət sosial xidmətlərinin elektron qaydada təqdim edilməsi, proaktiv xidmət mexanizmlərinin yaradılması, əmək münasibətlərinin rəqəmsallaşdırılması, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sistemində innovativ həllərin geniş tətbiqi sahəsində əldə olunan uğurları, “e-sosial” portalının və “Əmək və Məşğulluq” altsisteminin üstünlüklərini diqqətə çatdırıb.

Ölkəmizdə işçi qüvvəsinin yaşıl iqtisadiyyata keçid üçün zəruri olan yeni bacarıqlara yiyələnməsi istiqamətində aparılan işlər, yaşıl bacarıqların öyrədilməsinə hədəflənən peşə təlimləri və həssas əhali qruplarının əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsi üçün icra olunan proqramlar barədə məlumatlar verilib. Rəqəmsal və yaşıl keçidin inklüziv şəkildə həyata keçirilməsinin, xüsusilə həssas qruplar üçün bərabər imkanların yaradılmasının aparılan işlərdə prioritetlərdən olduğu qeyd edilib.

Habelə Azərbaycanın ötən dövrdə Beynəlxalq Əmək Təşkilatının 59 konvensiyasını ratifikasiya etdiyi, ölkədə hökumət, həmkarlar ittifaqları və işəgötürənlərin təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sosial dialoqun və inklüziv əmək bazarının inkişaf etdirilməsi istiqamətində fəaliyyəti qeyd edilib.

Forumun gündəliyində ədalətli, yaşıl və rəqəmsal keçidlərin təmin olunması, rəqəmsal bacarıqların artırılması, əmək bazarının transformasiyası, məşğulluq və sosial müdafiə sistemlərinin müasir çağırışlara uyğunlaşdırılması ilə bağlı məsələlər əksini tapıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930