Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 2-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: