azturkxeber.az
http://azturkxeber.az

Efirdə atasız qızlarla bağlı çıxışı etirazla qarşılandı - Araşdırma aparılacaq+Rəsmi

31-03-2025

 

"Kanal S”in aparıcısı Nigar Fərhad açıqlaması ilə gündəm olub.

Azturkxeber.az xəbər verir ki, bu barədə  Audiovizual Şura açıqlama yayıb:    onun efirdə səsləndirdiyi “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb.

N. Fərhadın fikri sosial şəbəkələrdə sərt tənqid edilib.

“Kanal S” televiziyasında yayımlanan “Sözün bitdiyi an” programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq. Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir”.

Qeyd edək ki, aparıcı etirazla qarşılanan çıxışından sonra sosial şəbəkə hesabında video paylaşaraq bunları deyib: “Fikirlərimin şəhid qızları ilə əlaqəsi yoxdur. Allah  mənə övlad nəsib edərsə, istəyərəm ki, ocağıma şəhid qızımız nəsib olsun”.

https://bax.tv/son-xeberler/men-ogluma-atasi-olmayan-qizi-ala-bilmerem-207003?utm_source=playerden






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31