Tramp Ağ Evdə iftar verdi
ABŞ Prezidenti Donald Tramp müqəddəs Ramazan ayının başa çatması ərəfəsində Ağ Evdə ənənəvi iftar süfrəsi açıb.
Azturkxeber.az xəbər verir ki, bu barədə Ağ Evin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Tramp noyabr seçkisində göstərdikləri dəstəyə görə yüzminlərlə amerikalı müsəlmana təşəkkür edib və əmin edib ki, onun administrasiyası bu icmaya verdiyi vədləri yerinə yetirir.