azturkxeber.az
http://azturkxeber.az

Maqadan vilayətində qar uçqununun baş verdiyi aşırımdan iki turist təxliyə edilib

28-03-2025

 

Rusiyanın Maqadan vilayətindəki aşırımda qar uçqunu altında qalan iki turist Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən təxliyə edilib.

Azturkxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Sağ qalan turistlər FHN əməkdaşları tərəfindən səhər saat 5-də aşkar edilib.

Onlar FHN-in “Mi-8” helikopteri ilə xəstəxanaya aparılacaqlar.

Xəbər verildiyi kimi, Maqadan vilayətində 6 nəfər turistdən ibarət qrupun qar uçqununa düşməsi nəticəsində dörd nəfər həlak olub, yerdə qalan iki nəfərdən biri isə xəsarət alıb .






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31