azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada Beynəlxalq Teatr Gününə həsr edilən sərgi açılıb

27-03-2025

Milli Kitabxanada Beynəlxalq Teatr Gününə həsr edilən sərgi açılıb


Milli Kitabxanada “27 Mart -Beynəlxalq Teatr Günü” adlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadanbildirilib ki, sərgidə Azərbaycanda teatr sənətinin qədim və zəngin tarixi, peşəkar teatrın inkişafı, səhnə fədailəri, ölkəmizdən xaricdə Azərbaycan teatrlarının mövcudluğu, Avropa, Amerika, Rusiya və bir çox başqa yerlərin məşhur teatrları, dünya teatr və kinosunun görkəmli aktyorları, rejissorları haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Beynəlxalq Teatr Günü münasibətilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edir. Bu ənənənin əsasını fransalı yazıçı Jan Kokto qoyub.

Bu il isə Beynəlxalq Teatr İnstitutu tərəfindən yunan rejissor, Beynəlxalq Teatr Olimpiadası Komitəsinin sədri Teodoros Terzopulos Beynəlxalq Teatr Günü mesajının müəllifi seçilib.

Bu gün, bir qayda olaraq, bayram tədbirləri, konsertlər, aktyorluq sənəti üzrə ustad dərsləri, xeyriyyə tamaşaları, yeni əsərlərin premyeraları, istedadlı sənətkarlarla görüşlər təşkil olunur.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31