azturkxeber.az
http://azturkxeber.az

“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” çərçivəsində sənəd qəbuluna başlanılacaq

27-03-2025

“Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” çərçivəsində sənəd qəbuluna başlanılacaq


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı” çərçivəsində bakalavr və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprelin 2-dən etibarən sənəd qəbuluna başlanılacaq.

Nazirlikdənbildirilib ki, proqram çərçivəsində audiovizual musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar sahələri əsas ixtisaslaşma istiqamətləri kimi müəyyən edilib.

Təqaüd proqramına müraciət etmək üçün qaydalar və şərtlər barədə məlumatları www.mystart.az saytından, Mədəniyyət Nazirliyinin digər rəsmi informasiya resurslarından və sosial şəbəkə hesablarından əldə etmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31