azturkxeber.az
http://azturkxeber.az

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə davam edir

27-03-2025

“Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə davam edir


Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Sığorta Fondu, “Agrodairy” şirkəti və Azərbaycan Fotoqrafları Birliyinin birgə əməkdaşlığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə davam edir.

Nazirlikdənbildirilib ki, martın 15-dən start verilən və bu ilin aprelin 20-dək keçiriləcək müsabiqədə ölkənin bütün bölgələrindən kənd həyatı, kənd təsərrüfatı və aqrar sahəyə aid fotoların müəllifləri iştirak edə bilər. Müsabiqəyə fermerlərin fəaliyyəti, gündəlik həyatı, əkin və məhsul yığımı prosesini əks etdirən, həmçinin kənd təsərrüfatı heyvanları, bitkiləri və kənd təsərrüfatı texnikalarına aid fotoşəkillər qəbul edilir.

Fotomüsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ölkəmizin bölgələrinə, kənd təsərrüfatı sahəsinə və burada çalışan zəhmətkeş insanların həyatına, fəaliyyətinə cəlb etmək, aqrar sahə üzrə peşələrin nüfuzunu artırmaq, əhali arasında yaradıcılığı və sosial fəallığı stimullaşdırmaqdır.

Fotomüsabiqədə yaşı, təhsili və peşəsindən asılı olmayaraq istənilən şəxs iştirak edə bilər. Müsabiqəyə fotoaparat, smartfon, eləcə də dronla çəkilmiş fotolar qəbul olunur.

Müsabiqədə iştirak etmək istəyənlər şərtlərə uyğun fotoşəkilləri müəllifin adı, soyadı, ata adı, yaşadığı şəhər və əlaqə nömrəsini qeyd etməklə musabiqe@proton.com elektron ünvanına göndərməlidirlər.

Müsabiqəyə təqdim edilən fotolar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər elan olunacaq.

Müsabiqədə I-III yerlərə layiq görülmüş fotoşəkillərin müəlliflərinə pul mükafatları və müvafiq dərəcəli diplomlar təqdim olunacaq.

Müsabiqəyə təqdim olunmuş fotolardan ibarət sərginin keçirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31