azturkxeber.az
http://azturkxeber.az

Avropalı ekspertlər: Uşaqların əsas ehtiyaclarını ödəyə bilməyən ailələrin sayı artır

27-03-2025

Avropalı ekspertlər: Uşaqların əsas ehtiyaclarını ödəyə bilməyən ailələrin sayı artır


İsveçdə uşaqların əsas ehtiyaclarını ödəyə bilməyən ailələrin sayı artır.

Bu barədə Qırmızı Xaç, “Majblomman”, “Uşaqları xilas edin” təşkilatları və Kirayəçilər Assosiasiyası tərəfindən hazırlanmış birgə hesabatda deyilir. Mənzil, qida və kommunal xidmətlərin artan xərcləri azgəlirli ailələrə daha çox təsir edir.

Araşdırmaya görə, aşağı gəlirli ailələrin orta hesabla altısından beşi yaxın aylarda övladlarını təmin edə bilməyəcəklərindən narahatdır. Valideynlərin təxminən üçdəbiri etiraf edib ki, son altı ayda uşaqlarını doyurmaq üçün özləri azı bir dəfə yeməkdən imtina ediblər.

Tək valideynlər xüsusilə ağır vəziyyətdədir; onların yarısı tam qidalana bilmir, təxminən yarısı yemək, yaşayış və elektrik xərclərini ödəmək üçün pul borc alıb, hər dörd ailədən biri isə vaxtında kommunal xərclərini ödəyə bilməyib.

İqtisadi təzyiq uşaqların sosial təcridinə səbəb olur; onlar dərnəklərdə iştirak edə bilmirlər.

“İsveç Uşaq Hüquqları Konvensiyasına dair öhdəliklərini yerinə yetirə bilmir. Getdikcə daha çox ailə yemək, geyim və yaşayış yeri kimi əsas ehtiyacları təmin etmək üçün kömək istəyir. Valideynlərdən eşidirik ki, maaşlar artıq ən zəruri tələbatları belə ödəyə bilmir. Burada söhbət dəbdəbədən deyil, soyuducunu doldurmaqdan gedir”, – deyə təşkilatların nümayəndələri qeyd edərək, uşaq yoxsulluğunun artm






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31