azturkxeber.az
http://azturkxeber.az

Türkiyədəki etirazlarda 1418 nəfər saxlanılıb

26-03-2025

 

19 martdan bu yana İstanbul Böyükşəhər Bələdiyyəsinin istintaqı ilə bağlı keçirilən etirazlarda 1418 şübhəli saxlanılıb.

Axturkxeber.az xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya sosial hesabında paylaşım edib.

"2025-ci il martın 19-dan bəri keçirilən qanunsuz nümayişlərdə 1418 şübhəli saxlanılıb.Hazırda həbsdə olan 979 şübhəli olduğu halda, bu gün 478 nəfər məhkəmə qarşısına çıxarılacaq.

Küçələrdə terror törətməyə, milli-mənəvi dəyərlərimizə qəsd etməyə cəhd edənlərə, polis əməkdaşlarımıza hücum edənlərə heç bir güzəşt edilməyəcək", - nazir qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31