Türkiyə gözəli Banu Öztürk saxlanılıb
Sosial media hesabında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və dövlət rəsmilərini təhqir etdiyi iddia edilən Türkiyə gözəli Banu Öztürk saxlanılıb.
Azturkxeber.az-n məlumatına görə, bu barədə Türkiyə KİV məlumat yayıb.
Öztürk prokurorluğun göstərişi ilə müddətdə saxlanılıb.
O, 2009-cu ildə “Miss Globe Türkiye Kraliçası” seçilib. “Avrupa Yakası”, “Adanalı”, “Derman”, “Geniş Aile”, “Şen Yuva” və “Güzel Çirkin” kimi serial layihələrində iştirak edib.