Milli Məclisin deputatı Cavanşir Paşazadə seçiciləri ilə görüşüb
Milli Məclisin deputatı Cavanşir Paşazadə Separadi, Zövlə, Tükəvilə kəndlərindən olan seçiciləri ilə görüşüb.
Görüşdə deputat Cavanşir Paşazadə seçicilərin çoxsaylı müraciətlərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Şikayətlər deputat tərəfindən dinlənildikdən sonra lazımi tapşırıqlar verilib və qısa müddətdə kənd sakinlərinin bu qəbildən olan tələb və təkliflərinin müvafiq dövlət qurumlarına çatdırılması ilə bağlı tədbirlər görüləcəyi bildirilib.
Seçicilər görüşdən məmnunluqlarını ifadə edərək göstərdiyi diqqətə millət vəkilinə təşəkkür ediblər.
Deputat, həmçinin seçiciləri maraqlandıran sualları da cavablandırıb.