3 ay sonra İqor Kşnyakinin ailəsi faciənin baş verdiyi əraziyə gedib
Milli Qəhrəmanın həyat yoldaşı Yana Vilkova bunun ailənin qəza yerinə ilk səfəri olduğunu deyib.
Azturkxeber.az-ın məlumatına görə, o bildirib ki, hadisədən 3 ay sonra həmin yerə getmək, bu hüznlü gündə həlak olanların xatirəsini ehtiramla yad etmək vacib idi.
Üç ay həm çox, həm də azdır. Sağaltmayan, ancaq ağrının şiddətini azaldan, o taleyüklü günün heç bir detalını yaddaşlardan silməyən zaman.