azturkxeber.az
http://azturkxeber.az

“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb

25-03-2025

“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb

Mayın 1-dən 4-dək Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçiriləcək “TEKNOFEST-2025” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalında iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb.

Bu barədə Türkiyə Texnologiya Komandası Fondunu (T3 Fondu) təmsil edən festivalın təşkilatçıları bildiriblər.

T3 Fondundan verilən məlumata görə, ŞKTC Prezident Administrasiyasının himayəsi altında keçiriləcək genişmiqyaslı tədbirdə 15 mindən çox komanda iştirak edəcək.

Lefkoşadakı keçmiş “Ercan” Hava Limanının ərazisində təşkil edilən texnologiya müsabiqələrin qalibləri 7 əsas kateqoriya və 14 alt kateqoriya üzrə elan ediləcək.

“TEKNOFEST-2025” çərçivəsində pilotaj komandalarının çıxışı da planlaşdırılır. Solotürk və “Türk Ulduzları”ndan olan pilotlar ŞKTC paytaxtının səmasında bacarıqlarını nümayiş etdirəcəklər.

Bundan əlavə, F-4 və HÜRKUŞ təyyarələrinin, ATAK hücum helikopterlərinin, ANKA 3, Bayraktar TB2 və Bayraktar TB3 tipli pilotsuz uçuş aparatlarının da uçuşları planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31