azturkxeber.az
http://azturkxeber.az

Türkiyədəki aksiyalarla bağlı azərbaycanlı tələbələrə - Müraciət

24-03-2025

 

Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrə Əkrəm İmamoğlunun həbsinə görə keçirilən kütləvi aksiyalara qoşulmamaqla bağlı müraciət edib. 

AzTurkxeber.az xəbər verir ki, bu barədə Müşavirliyin sosial şəbəkə hesabında paylaşım olunub. 

“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!”,  – müraciətdə qeyd olunub.

Xatırladaq ki, bir neçə gündür İstanbul və Ankarada İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması fonunda etiraz aksiyaları keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31