azturkxeber.az
http://azturkxeber.az

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər

23-03-2025

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər


Türkiyədə 2012-ci ildən tətbiq olunan orta təhsilin 4+4+4 modeli yenidən nəzərdən keçirilə bilər.

Türkiyənin milli təhsil naziri Yusuf Tekin yerli televiziya kanallarından birinin efirində gənclər arasında orta ixtisaslı kadr çatışmazlığı mövzusuna münasibət bildirib.

"Orta ixtisaslı kadr çatışmazlığının səbəblərindən biri kimi 12 illik orta təhsil sistemi göstərilir. Bu məsələni müzakirə etməyə hazırıq. Əgər problem həqiqətən də buradadırsa, qanunvericiliyə dəyişikliklərin edilməsi istisna edilmir", - deyə nazir qeyd edib.

Türkiyə mediasının məlumatına görə, kadr çatışmazlığı əvvəlcə tekstil sektorunda başlayıb və tədricən iqtisadiyyatın müxtəlif sahələrinə yayılıb. Sahibkarlar istehsal gücünün artması fonunda gənc kadr çatışmazlığından şikayətlənirlər.

Hökumətin səylərinə baxmayaraq, gənclər texniki və peşə liseylərinə kifayət qədər maraq göstərmir, istehsalatda işləmək istəmirlər.

Bu səbəbdən liseylərdə dördillik təhsil müddətinin yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışlar səsləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31