azturkxeber.az
http://azturkxeber.az

Kiyevə hava hücumu edilib, azı 3 nəfər həlak olub

23-03-2025


Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücumu edilib.

Martın 22-si axşam saatlarından başlayaraq martın 23-nə keçən gecə boyu Kiyevdə hava hücumundan müdafiə sistemi işə düşüb, Ukrayna paytaxtında silsilə partlayış səsləri eşidilib.

Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, zərərsizləşdirilən kamikadze dronlarının düşməsi Kiyevin 5 rayonunda qeydə alınıb. Baş verən partlayış və yanğın nəticəsində azı 3 nəfər həlak olub, onlardan biri beş yaşlı uşaqdır. Səkkiz nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Kiyevə edilən hava hücumu nəticəsində mülki infrastrukturda, xüsusilə hündürmərtəbəli yaşayış binalarında yanğın qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31