Berlində çoxmərtəbəli binada yanğın baş verib, xəsarət alanlar var
Berlinin Şpandau rayonunda çoxmərtəbəli binada yanğın baş verib.
Gecə saatlarında başlayan yanğın nəticəsində xəsarət alanlar var. Yanğından xilas olmaq üçün eyvandan atılan bir nəfər ağır xəsarət alıb. Həmin şəxs helikopterlə xəstəxanaya çatdırılıb.
Bəzi mənzillər yaşayış üçün yararsız hala düşdüyündən sakinlər başqa yerlərdə yerləşdirilib.
Yanğının səbəbi araşdırılır.