azturkxeber.az
http://azturkxeber.az

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

23-03-2025

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək


ABŞ Prezidenti Donald Trampın administrasiyası 530 mindən çox miqrantın müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır.

Bu barədə NBC kanalı məlumat yayıb.

Bildirilib ki, söhbət 2023-cü ildə ABŞ-ın keçmiş prezidenti Cozef Baydenin dövründə tətbiq edilən xüsusi proqramla daxil olan miqrantlardan gedir. Təşəbbüs təsdiqlənərsə, onların ölkədə müvəqqəti qalma proqramlarının qüvvəsi aprelin 24-də başa çatacaq.

“Tramp administrasiyası Kuba, Haiti, Nikaraqua və Venesueladan ABŞ-a gələn 530 mindən çox insanın müvəqqəti hüquqi statusunu ləğv etmək niyyətindədir”, - məlumatda deyilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31