azturkxeber.az
http://azturkxeber.az

Media: NATO Avropa İttifaqı-Türkiyə əməkdaşlığını dərinləşdirməyə çağırır

11-03-2025

Media: NATO Avropa İttifaqı-Türkiyə əməkdaşlığını dərinləşdirməyə çağırır


NATO-nun Baş katibi Mark Rütte Avropa İttifaqı (Aİ) liderlərini təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün fikir ayrılıqlarını kənara qoyaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələri gücləndirməyə çağırıb.

“Financial Times” qəzetinin məlumatına görə, buna ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının Avropanın təhlükəsizliyi ilə bağlı mövqeyi səbəb olub. Hazırda Brüssel Avropanın müdafiə qabiliyyətinin artırılması çərçivəsində Türkiyə və Aİ-yə daxil olmayan digər ölkələrlə əməkdaşlığı genişləndirmək imkanlarını araşdırır.

Qeyd edək ki, NATO-nun fəaliyyətindən daim narazılığını ifadə edən Donald Tramp hələ prezident seçkilərindən öncə Avropa ölkələrini öz üzərlərinə təhlükəsizliklə bağlı daha böyük maliyyə məsuliyyəti götürməyə çağırıb, əks təqdirdə Birləşmiş Ştatları Şimali Atlantika Alyansından çıxarmaqla hədələyib. O, vəzifəyə gəldikdən sonra NATO-ya üzv dövlətlərin müdafiə xərclərini ümumi daxili məhsullarının 5 faizinə çatdırmalı olduqlarını bəyan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31