azturkxeber.az
http://azturkxeber.az

Filippinin sabiq prezidenti Rodriqo Duterte Manila aeroportunda saxlanılıb

11-03-2025

Filippinin sabiq prezidenti Rodriqo Duterte Manila aeroportunda saxlanılıb


Filippin polisi sabiq prezident Rodriqo Duterteni Manila hava limanında saxlayıb.

Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında həbs edilib. O, narkotiklərlə mübarizə kampaniyası zamanı bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunur.

BCM nümayəndələri sabiq prezidentin Haaqa məhkəməsinə ekstradisiyasında israrlıdırlar.

Qeyd edək ki, 2016-2022-ci illərdə Filippində hakimiyyətdə olan Rodriqo Duterte narkotik mafiyasına qarşı əməliyyatlar zamanı 6 minə yaxın insanın məhkəməsiz qətlinə göstəriş verib. Qeyri-hökumət təşkilatları isə öldürülənlərin sayının 30 min nəfər olduğunu iddia edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31