azturkxeber.az
http://azturkxeber.az

Baş nazirin müavini: Trans-Xəzər dəhlizində yük həcmi 10 milyon tona çatdırılacaq

11-03-2025

Baş nazirin müavini: Trans-Xəzər dəhlizində yük həcmi 10 milyon tona çatdırılacaq


Hazırda Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişafına böyük diqqət yetirilir.

Bunu Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Astanada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə apardığı danışıqlardan sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ötən il bu dəhliz vasitəsilə yük daşımaları 4,5 milyon tona çataraq 62 faiz artıb.

“Gələcəkdə bu rəqəmi 10 milyon tona çatdırmaq nəzərdə tutulur. Bu istiqamətdə “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinin səmərəli fəaliyyəti mühüm rol oynayacaq”, – deyə nazir vurğulayıb.

Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu, həmçinin Orta Dəhliz kimi tanınan bu yol, Çin və Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31