azturkxeber.az
http://azturkxeber.az

Rumıniyada etiraz aksiyaları keçirilib

10-03-2025

Rumıniyada etiraz aksiyaları keçirilib


Rumıniyanın Seçki Bürosunun Corceskunun prezidentliyə namizədliyini rədd etməsindən sonra Büronun önündə etiraz aksiyaları keçirilib.

Bu barədə Rumıniyanın AGERPRES agentliyi məlumat yayıb. Bildirilib ki, Seçki Bürosu imtinanın konkret səbəblərini açıqlamayıb. Hüquq-mühafizə orqanları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və antisosial hərəkətlərə yol verənlərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunacağını bildirib.

Seçki təqviminə əsasən, martın 17-dək namizədliyin qeydə alınması ilə bağlı yekun qərar verilməlidir. Rədd edilmiş namizədlər martın 18-dək Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Məhkəmənin qərarı Rumıniyanın rəsmi jurnalında dərc olunacaq.

Qeyd edək ki, Corcesku cümə günü namizədliyini təqdim edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31