azturkxeber.az
http://azturkxeber.az

Donald Tramp Ukrayna üzrə danışıqlarda yaxşı nəticəyə ümidvardır

10-03-2025

Donald Tramp Ukrayna üzrə danışıqlarda yaxşı nəticəyə ümidvardır


ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar və Ukrayna nümayəndə heyətləri arasında danışıqların yaxşı nəticələrinə ümid etdiyini bildirib.

Donald Tramp bu barədə şəxsi təyyarəsinin göyərtəsində jurnalistlərə müsahibəsi zamanı deyib. Dövlət başçısı, həmçinin bu həftə çox mühüm hadisələrin baş verə biləcəyini qeyd edib.

Ağ ev, eyni zamanda, münaqişənin hər iki tərəfi ilə məsləhətləşmələrin davam etdiyini və bu həftə Səudiyyə Ərəbistanında sülh məsələləri üzrə yeni görüşün planlaşdırıldığını təsdiqləyib.

“Financial Times” qəzetinin yazdığına görə, Ukrayna Səudiyyə Ərəbistanında Vaşinqtonu kəşfiyyat məlumatlarını və hərbi dəstəyi bərpa etməyə razı salmağa çalışacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31