azturkxeber.az
http://azturkxeber.az

Burak Pəhlivan: Ötən il Ukraynada 1109 türk şirkəti açılıb

10-03-2025

Burak Pəhlivan: Ötən il Ukraynada 1109 türk şirkəti açılıb


Türk biznesmenləri ötən il Ukraynada daha çox şirkət açıb. Müharibənin mənfi nəticələrinə, ağır şərtlərə, sınaqlara baxmayaraq, Türkiyə və türk biznesinin Ukraynaya marağı dəyişməz olaraq qalır.

Bu barədə “Ukrinform”a müsahibəsində Türkiyə-Ukrayna İş Adamları Dərnəyinin (TUİD) rəhbəri Burak Pəhlivan bildirib.

“Müharibəyə baxmayaraq, Türkiyə-Ukrayna iqtisadi və ticarət əlaqələri canlılığını, dinamikliyini və tərəqqini qoruyub saxlayır. 2024-cü ildə Ukraynada xarici kapitallı 1109 şirkət açılıb. Onların təxminən 20 faizi Türkiyə kapitallı şirkətlər olub. Ötən il Ukraynada açılan ən çox xarici şirkət türk şirkətlərinin payına düşüb”, - deyə B.Pəhlivan vurğulayıb.

O deyib ki, ümumilikdə, bu gün Ukraynada 1100-dən çox türk şirkəti aktiv fəaliyyət göstərir. “Türkiyənin Ukraynaya yatırdığı investisiyalar 5 milyard dollara yaxınlaşır”, - deyə TUİD rəhbəri bildirib.

O həmçinin qeyd edib ki, Ukrayna və Türkiyə ikitərəfli ticarətin orta həcmini müharibədən əvvəlki səviyyədə saxlaya bilib. Azad Ticarət Sazişinin qüvvəyə minməsi ilə ticarət və investisiya prosesləri sürətlənəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31